SİZİN REKLAM BURADA

“Qarabağ”ın rəqibinə cəza kəsildi

"Kopenhagen" Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəyi oyundan öncə zərbə alıb. Apasport.az saytı xəbər verir ki, Danimarka Futbol İttifaqı ağdamlıların rəqibini cəzalandırıb.

 

Buna paytaxt təmsilçisi azarkeşlərinin ölkə çempionatının V turunda "Brondbü" ilə səfər oyunu zamanı törətdiyi ixtişaşlar səbəb olub. Avqustun 6-da keçirilmiş həmin matçın sonlarında onlar əvvəlcə stadionun mühafizəçiləri, ardından polislərlə dalaşıblar. Fanatlar meydana, eləcə də mühafizəçi və polislərə pirotexniki maddələr, yad əşyalar atıblar. Nəticədə hakim qarşılaşmanı 18 dəqiqə dayandırıb.

 

İntizam Komitəsi "Kopenhagen"in növbəti və "Brondbü" ilə ev oyununu azarkeşsiz keçirməsinə dair qərar verib. Mövsümün sonunadək analoji hal təkrarlansa, daha bir ev oyununa paytaxt təmsilçisi azarkeşlərinin girişinə qadağa qoyulacaq. Bundan başqa kluba 150 min kron cərimə kəsilib.

 

Qeyd edək ki, "Kopenhagen"lə "Qarabağ" arasındakı cavab matçı sabah baş tutacaq. 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 16 13 2 1 26-6 41

2.

Qəbələ

16 11 2 3 30-15 35

3.

Zirə 16 9 4 3 25-14 34

4.

Sumqayıt

16 7 3 6 20-18

24

5.

Neftçi

16

6 1 9 18-18 19

6

Səbail 16 4 2 10 10-23 14

7.

Keşlə

16

3 3 10 11-25 12

8.

Kəpəz

16 2 1 13 10-31 7
               

 

Top 10