[b]Azərbaycana rəqib olmaq üçün başladılar[/b]
23.08.2017 - 10:20
[b]Azərbaycana rəqib olmaq üçün başladılar[/b]

Qadın voleybolçular arasında DÇ-2018-in Avropa zonası üzrə pley-off matçlarına start verilib. Apasport.az saytının məlumatına görə, mundiala 2 vəsiqə uğrunda 6 yığma Hollandiyada bir araya gəliblər.

 

İlk turda ciddi sensasiya qeydə alınmayıb. Bakıda Azərbaycana uduzduğundan qrup ikincisi olan Hollandiya Yunanıstana set vermədən qalib gəlib. Digər cütlərdə isə Belçika və Bolqarıstan qələbə qazanıblar.

 

Pley-off görüşləri avqustun 27-də başa çatacaq.

 

I tur

Sloveniya – Bolqarıstan – 1:3 (18:25, 19:25, 25:20, 22:25)

Belçika – Çexiya – 3:2 (25:22, 23:25, 25:20, 13:25, 15:11)

Hollandiya – Yunanıstan – 3:0 (25:13, 25:13, 25:18)

 

Qeyd edək ki, Yaponiyada baş tutacaq mundialın 24 iştirakçısından hələlik 9-u bəllidi. Bu ölkələrdən biri isə Azərbaycandı. 

0