[b]Məhəmmədrəsul Məcidov 1/8 finalda[/b]
27.08.2017 - 09:54
[b]Məhəmmədrəsul Məcidov 1/8 finalda[/b]

Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, mundialın ikinci günündə Azərbaycan millisinin 1 üzvü rinqə çıxıb.

 

+91 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Kumar Satişla (Hindistan) üz-üzə gəlib. Qarşılaşma ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Məcidov rəqibini 5:0 (30:27, 29:28, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edib.

 

Boksçumuz 1/8 finalda iordaniyalı Hüseyn İşayşlə qüvvəsini sınayacaq. Döyüş avqustun 28-də olacaq.

 

Dünya çempionatının ikinci günündə Pərviz Bağırovun (69 kq) da ilk rəqibi dəqiqləşib. Birinci mərhələdən azad olan təmsilçimiz 1/8 finalda Tuvşinbat Byamba (Monqolustan) ilə qarşılaşacaq. Bağırovun rəqibi Damian Kivioru (Polşa) yarışdan kənarlaşdırıb - 5:0.

 

Bağırov Byamba ilə sabah üz-üzə gələcək. 

Mənbə: abf.az

0