[b]Olimpiya mükafatçımıza qarşı haqsızlıq[/b]
27.08.2017 - 22:40
[b]Olimpiya mükafatçımıza qarşı haqsızlıq[/b]

Almaniyanın Hamburq şəhərində keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusu Lorenzo Sotomayorun məğlubiyyətinə hakim haqsızlığı səbəb olub. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, bu, 64 kq çəki dərəcəsində rinqə çıxan Olimpiya mükafatçımızın 1/8 final mərhələsindəki döyüşünə təsadüf edib.

 

Belə ki, Sotomayor misirli Eslam Muhamedlə qarşılaşmada üstün tərəf olsa da, ədalət təmsilçiləri qələbəni rəqibə veriblər. Nəticədə boksçumuz hakimlərin səhvi səbəbindən mundialla vidalaşmaq məcburiyyətində qalib.

 

Qeyd edək ki, Sotomayor 2:3 (28:29, 28:29, 30:27, 27:30, 30:27) hesabı ilə məğlub olub.

 

0