[b]Taekvondoçumuz Misirdən medalla qayıdır[/b]
28.08.2017 - 11:27
[b]Taekvondoçumuz Misirdən medalla qayıdır[/b]

Yeniyetmə taekvondoçular arasında Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən dünya birinciliyi başa çatıb. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisi yarışı 1 medalla bitirib.

 

Komandamızın heyətində Riyad Şirəliyev fəxri kürsüyə yüksəlib. 37 kq çəki dərəcəsində yarımfinala kimi irəliləyən idmançımız bürünc medalla kifayətlənib. 

0