[b]“Beşiktaş”ın gizli anlaşması ortaya çıxdı - FOTO[/b]
30.08.2017 - 19:38
[b]“Beşiktaş”ın gizli anlaşması ortaya çıxdı - FOTO[/b]

“Beşiktaş” uzun müddətdir heyətinə cəlb etmək istədiyi Domoqoy Vidanın keçidini nəhayət həll edə bilib. Apasport.az saytının məlumatına görə, Kiyev “Dinamo”sunun xorvatiyalı müdafiəçisi ilə anlaşma rəsmi açıqlanmasa da, artıq mətbuata sızıb.

 

Türkiyə mətbuatında yer alan xəbərlərdə göstərilib ki, müqavilədə xorvat futbolçunun meneceri İvan Çyvetkoviç və İstanbul təmsilçisinin rəsmisi Umut Günerin imzaları yer alıb.

 

Növbəti ilin yanvar ayında qüvvəyə minəcək və 3,5 il üçün nəzərdə tutulmuş anlaşmada Vidanın alacağı məbləğlər də göstərilib. Müqaviləyə əsasən, müdafiəçi “Beşiktaş”dakı ilk yarım mövsümündə 1,1 milyon, sonrakı mövsümdə 2,2 milyon, son iki mövsümdə isə 2,3 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Xorvat futbolçu üçün oyunbaşı 5 min avro dəyərində mükafat da nəzərdə tutulub.

 

0