[b]Olimpiyaçımız Bolqarıstan adından yarışıb, Avropa çempionu oldu - FOTO[/b]
06.09.2017 - 12:40
[b]Olimpiyaçımız Bolqarıstan adından yarışıb, Avropa çempionu oldu - FOTO[/b]

Polşada 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatı keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisinin sabiq idmançısı Boris Yotov da qitənin ən güclüsü adını qazanıb.

 

Rio-2016-da yığmamızın heyətində yer almış bolqarıstanlı akademik avarçəkmə yarışlarında 2000 m məsafəyə yürüşdə finiş xəttinə birinci çatıb. O, bu məsafəni 7:28,74 dəqiqəyə qət edib.

 

Qeyd edək ki, 21 yaşlı Yotov bu ilin mayından vətəni Bolqarıstana qayıdıb. 

0