[b]Azərbaycan yenidən “qara siyahı”da – mundialdan kənar qala bilər[/b]
07.09.2017 - 11:57
[b]Azərbaycan yenidən “qara siyahı”da – mundialdan kənar qala bilər[/b]

Ağırlıqqaldırma üzrə Azərbaycan millisi növbəti dəfə diskvalifikasiyaya məruz qala bilər. Apasport.az “İnside The Games”ə istinadən məlumat verir ki, 9 yığma Anahaymda keçiriləcək mundialdan kənar qalmaq təhlükəsi ilə üzləşib.

 

Çoxsaylı dopinq qalmaqalı ilə üzləşən ölkələrlə bağlı qərarı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) İcraiyyə Komitəsi verəcək. İdman Arbitraj Məhkəməsinin də İWF-ə 9 ölkə ilə bağlı sərt qərar verməyi tövsiyə etməsi diskvalifikasiyanın qaçılmaz olduğu anlamına gəlir.

 

Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Belarus, Çin, Moldova, Türkiyə, Ermənistan və Ukrayna dünya çempionatından kənar qala bilərlər. Yığmamızın bu siyahıya düşməsinə səbəb 5 dopinq-testin müsbət nəticələnməsidi.

 

Qeyd edək ki, Anahaymdakı dünya çempionatı noyabrın 27-dən dekabrın 5-dək keçiriləcək. 

0