SİZİN REKLAM BURADA

Klublarımızın “40”ı çıxdı

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda keçirilən “Çelsi” – “Qarabağ” oyunu yubiley xarakteri daşıyıb. Apasport.az saytının məlumatına görə, bu matç Azərbaycan futbolu tarixinə 40-cı böyük hesablı məğlubiyyət kimi düşüb.

 

Qitə miqyaslı turnirlərdə 1994-cü ildə debüt edən ölkəmizin azarkeşləri indiyədək 39 belə yenilginin acısını yaşamışdı. Klublarımız bu qədər böyük hesabı 300 matçda görmüşdü.

 

301-ci avrokubok sınağı isə 40-cı dəfə 3 və ya daha böyük fərqlə uduzmağımızla nəticələndi. “Qarabağ”ın “Çelsi”yə 0:6 hesabı ilə uduzması ilə 40-a çatan rəqəm 13 komandamızın payı var.

 

Hamıdan çox oyun keçirən Ağdam klubu 12 ağır məğlubiyyət alıb. İkinci olan “Neftçi” 6 darmadağın görüb. Daha bir köklü klub – “Kəpəz” 4 böyükhesablı məğlubiyyətlə 3-cüdü.

 

Klublarımızın böyükhesablı məğlubiyyətləri

1.       “Qarabağ” - 12

2.       “Neftçi” -      6

3.       “Kəpəz” -      4

4-5.    “Şəmkir” - 3

“Qəbələ” - 3

6-9.    “Bakı” - 2

“Şəfa” - 2

“İnter” - 2

“Xəzər Lənkəran” - 2

10-13.         “Turan” - 1

“Xəzri” - 1

“Viləş” - 1

“Simurq” - 1

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10