[b]"Neftçi" üçün canımı qoymuşam" – Rəşad Sadiqov[/b]
13.09.2017 - 16:07
[b]"Neftçi" üçün canımı qoymuşam" – Rəşad Sadiqov[/b]

“Neftçi”də oynamaq doğma hissdi. Karyeram ərzində 3-cü dəfədi ki, bu komandaya qayıdıram”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yeni transferi Rəşad Sadiqov deyib.

 

Bu həftə paytaxt təmsilçisinə dönən və 1 illik müqavilə imzalayan 34 yaşlı oyunçu klubun saytına açıqlamasında gələcək hədəflərindən söz açıb.

 

Sadiqov “Neftçi”nin heyətində yenidən Avropa Liqasının qrup mərhələsində iştirak etmək istədiyini gizlətməyib: “Burda 7 il oynamışam. Bu da az müddət deyil. Bu klub üçün canımı qoymuşam. “Neftçi”də olarkən ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışıq. O sevinci “Neftçi”də yaşamışam. Əlimizdən gələni edəcəyik ki, yenidən Avroliqa həyəcanı yaşayaq, qrupa adlayaq. İstər yerli, istərsə də əcnəbi olsun, hamımız bu hədəf uğrunda mübarizə aparmalıyıq. “Neftçi” Azərbaycanın “flaqman”ıdı. “Neftçi”nin adını daşıyırlarsa, bu komandanı yüksəklərə daşımaq hər kəsin borcudu”.

 

Yığma komandamızın sabiq üzvü Tərlan Əhmədovun baş məşqçi postuna gətirilməsini də dəyərləndirib. Onun fikrincə, kollektiv bunun sayəsində daha güclü çıxış edəcək: “Bundan əvvəl vəziyyətin necə olduğunu bilmirdim. İndi kollektivdə atmosfer çox yaxşıdı. Futbolçuların hamısı bir-birinə qardaşdı. Mənə elə gəlir ki, Tərlan Əhmədov komandaya başqa ab-hava gətirib. Çalışacağıq uğurlu nəticələr əldə edək”.

 

Qeyd edək ki, Rəşad Sadiqov yay fasiləsində “Qəbələ”dən “Zirə”yə keçsə də, avrokubok matçlarında iştirak etdikdən sonra paytaxt klubundan ayrılıb.

 

 

 

 

0