[b]Azərbaycanda qış “transfer pəncərəsi”nin vaxtı açıqlandı[/b]
13.09.2017 - 16:48
[b]Azərbaycanda qış “transfer pəncərəsi”nin vaxtı açıqlandı[/b]

Azərbaycan Premyer Liqasında qış “transfer pəncərəsi”nin vaxtı məlum olub. Apasport.az saytının məlumatına görə, ölkə futbolunda növbəti keçid dövrü 2018-ci ilin yanvarında açılacaq.

 

Yeni ilin 13-cü günündən futbolçuların keçidini rəsmiləşdirmək imkanı qazanacaq klubların 4 həftə vaxtı olacaq. Belə ki, “pəncərə” fevralın 9-da bağlanacaq.

 

Qeyd edək ki, sonuncu transfer dövrü 2017-ci il iyunun 10-dan sentyabrın 1-dək olan müddəti əhatə etmişdi.

0