[b]“Qarabağ” – “Roma”: 40 min bilet satıldı[/b]
16.09.2017 - 16:13
[b]“Qarabağ” – “Roma”: 40 min bilet satıldı[/b]

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma” ilə matça satılan biletlərin sayı açıqlanıb. Ağdam klubundan apasport.az saytına verilən məlumata görə, artıq 40 min futbolsevər görüşü canlı izləmək hüququna yiyələnib.

 

Buna baxmayaraq, görüş üçün bilet satışı davam edir. Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdı.

 

Biletlərin qiymətləri:

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN

 

Şatış məntəqələri:

Asan Xidmət Mərkəzləri

Heydər Əliyev Sarayının kassası

28 Mall

Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

 

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

 

 

0