[b]Dabo 50 həftə sonra qol vurdu[/b]
18.09.2017 - 09:36
[b]Dabo 50 həftə sonra qol vurdu[/b]

“Qəbələ”nin fransalı hücumçusu Baqali Dabo qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın V turunun “Səbail”lə görüşündə 2 dəfə fərqlənən futbolçu yarım ilə yaxın sürən susqunluğa son qoyub.

 

Belə ki, Baqali sonuncu dəfə bu il aprelin 5-də “İnter”lə evdəki kubok matçında (2:0) qola sevinmişdi. Fransalı həmin qoldan 165 gün sonra rəqib qapısına yol tapdı.

 

Dabonun Premyer Liqadakı qol həsrəti daha uzun sürüb. Ötən mövsümün əvvəlində 7 qolla bombardirlər siyahısında liderliyin ələ alan hücumçu zədələndikdən sonra heyətə dönsə də, fərqlənə bilməyib. Onun son çempionat qolu 2016-cı il oktyabrın 2-də qeydə alınıb. “Qarabağ”la ev oyunundan (2:0) 350 gün, 50 həftə sonra rəqib qapısına qol vurub.

 

Dabonun sonuncu dublu isə 360 gün əvvəl qeydə alınıb. Baqali ötən il sentyabrın 22-də “Sumqayıt”la görüşdə 2:0 hesablı qələbənin memarı olub.

 

Ümumilikdə isə fransalı Premyer Liqada 9, kubokda 1, avrokuboklarda 3 dəfə fərqlənib. 13 qolu olan legioner 1 het-trik və 3 dubla imza atıb.

0