[b]Pedronun “Qarabağ”a vurduğu qol ikinci oldu[/b] - VİDEO
19.09.2017 - 10:36
[b]Pedronun “Qarabağ”a vurduğu qol ikinci oldu[/b] - VİDEO

Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun ən gözəl qolu müəyyənləşib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, “Beşiktaş”ın hücumçusu Cenk Tosun hamını qabaqlayıb.

 

Qurumun rəsmi saytında aparılan sorğuya qatılan azarkeşlərin 37 faizi Cenkin “Porto”ya vurduğu qolu ən baxımlı sayıb. Sıralamada ikinci yeri “Qarabağ”la matçda hesabı açan “Çelsi”nin yarımmüdafiəçisi Pedro Rodriges (19%) tutub. “Barselona”nın lideri Lionel Messinin “Yuventus”a vurduğu birinci qol 18% səslə ilk “3-lüy”ü qapayıb.

 

Dortmund “Borussiya”sının üzvü Andrey Yarmolenkonun “Tottenhem”ə və “Tottenhem”in forvardı Harri Keynin “Borussiya”ya vurduğu qol isə 4-5-ci yerləri bölüşüb.

0