[b]“Real” Ramosla yeni müqavilə imzalayacaq[/b]
19.09.2017 - 16:32
[b]“Real” Ramosla yeni müqavilə imzalayacaq[/b]

Madrid “Real”ı kapitan Serxio Ramosun sözləşməsinin müddətini uzadacaq. Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi tezliklə yeni müqaviləyə qol çəkəcək.

 

Belə ki, tərəflər arasında danışıqlar müsbət nəticələnib. “Kral klubu”nda qalmağa razılıq verən Ramosun yeni anlaşması 2021-ci ilə qədər nəzərdə tutulacaq. Müqavilə imzalanandan sonra Ramos “Real”da mövsümə 12 milyon avro məvacib alacaq. 

 

Qeyd edək ki, “Sevilya”nın yetirməsi olan müdafiəçi 2005-ci ildən “Real”ın uğurları üçün çalışır. O, “qalaktikos”un heyətində bu vaxta qədər 529 oyunda 69 qola imza atıb. 

0