[b]“Roma” hücumçusunu Bakıya gətirmir - FOTO[/b]
22.09.2017 - 10:19
[b]“Roma” hücumçusunu Bakıya gətirmir - FOTO[/b]

“Roma”nın futbolçusu Patrik Şikin zədə səbəbindən Bakıya gəlməyəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı futbolçunun müayinəsindən sonra onun durumuna tam aydınlıq gəlib.

 

İtaliya A seriyasının IV turunun “Verona” ilə qarşılaşmasında (3:0) zədələnən çexiyalı hücumçunun sol ayağının əzələlərində şiş aşkarlanıb. Bu isə o deməkdi ki, Patrik təxminən iki həftədən sonra komanda hazırlıqlarına qoşulacaq. Həmin vaxtadək isə hücumçu xüsusi proqram üzrə reabilitasiya prosesi keçməlidi.

 

Şikin iki həftəlik sıradan çıxması isə o deməkdi ki, forvard sentyabrın 27-də “Qarabağ”la, oktyabrın 5-də Çexiya yığmasının heyətində Azərbaycan milisi ilə Bakıda keçiriləcək görüşlərdə də forma geyinə bilməyəcək.

 

0