[b]"Qarabağ" minimal hesabla məğlub oldu - YENİLƏNİB[/b]
27.09.2017 - 21:50
[b]"Qarabağ" minimal hesabla məğlub oldu - YENİLƏNİB[/b]

“Qarabağ” bu gün növbəti avrokubok matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Çempionlar Liqasının qrup mərhələsinin II turunda “Roma” ilə qarşılaşıb.

 

Bu görüş Azərbaycan futbolu tarixinə Çempionlar Liqasının ölkəmizdə keçirilən ilk qarşılaşması kimi düşüb. İndiyədək yalnız təsnifat mərhələsi görüşlərini izləyən futbolsevərlər qitənin ən nüfuzlu klub turnirinin əsas raundunu canlı görə biliblər.

 

Bakı Olimpiya Stadionunda baş tutan tarixi qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

70 minə yaxın azarkeşin izlədiyi qarşılaşma "Roma"nın qolu ilə başlayıb. Artıq 7-ci dəqiqədə İbrahim Şehiçin çıxışda səhvini italiyalılar bağışlamayıblar. Yunanıstanlı müdafiəçi Kostas Manolas fərqlənib.

 

Qoldan 8 dəqiqə sonra fərq iki topa çatıb. Bosniyalı Edin Dzeko Rəşad Sadıqovun gözündən "oğurlanaraq" Şehiçlə təkbətəkə çıxıb və həmyerlisini məyus edib.

 

Bundan sonra bir qədər fəallaşan çempionumuz xoşbəxtliyi rəqib qapısı önündə axtarmağa başlayıb. Çox keçmədən nəhəng arenada qol sədaları eşidilib. Dino Ndlovunun ötürməsini Pedro Enrike qapıdan keçirib.

 

İlk hissə bu hesabla başa çatıb.

 

İkinci hissədə başqa qol olmayıb və yekunda "Qarabağ" minimalhesablı məğlubiyyətə üzülüb.

 

Çempionlar Liqası

Qrup mərhələsi, II tur

C qrupu

27 sentyabr

 

“Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) - 1:2

Qollar: Pedro Enrike, 28 - Manolas, 7, Dzeko, 15

Baş hakim: Artur Dias
Baş hakimin köməkçiləri: Rui Tavares, Paulo Soares
Əlavə hakim köməkçiləri: Tiaqo Martins, Joao Pineyro
Dördüncü hakim: Bruno Rodriqes (hamısı Portuqaliya)
Hakim-inspektor: Haim Yakov (İsrail)
UEFA nümayəndəsi: Oleq Xarlamov (Estoniya)

Bakı Olimpiya Stadionu

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 18. Tarık El Yunusi, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

 

“Roma”: 1. Alison Beker, 4. Raca Naynqolan, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 21. Maksim Qonalons, 23. Qriqori Defrel, 44. Kostas Manolas, 92. Stefan El Şaravi

Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 6. Kevin Strotman, 16. Daniele De Rossi, 17. Cengiz Ünder, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 30. Gerson

Baş məşqçi: Eysebio Di Françesko

 

1.

Roma

2

1

1

0

2-1

4

2.

Çelsi

1

1

0

0

6-0

3

3.

Atletiko

1

0

1

0

0-0

1

4.

Qarabağ

2

0

0

2

1-8

0

0