[b]“Rəqib Azərbaycan olsa, revanş alacağımıza ümid edirəm” – FOTO[/b]
29.09.2017 - 14:19
[b]“Rəqib Azərbaycan olsa, revanş alacağımıza ümid edirəm” – FOTO[/b]

“Biz Azərbaycana bir hədəflə gəlmişik. O da medal qazanmaqdı. Əlbəttə, qatıldığımız istənilən yarışın qalibi olmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu Hollandiya millisinin voleybolçusu Enn Buijs deyib.

 

2014/2015 mövsümündə “Lokomotiv”də çıxış etmiş 26 yaşlı hücumçu Bakıda keçirilən Avropa çempionatından danışıb. Yarımfinalda rəqibini gözləyən Buijs bildirib ki, Azərbaycan yığması ilə oynasalar qisas almağa çalışacaqlar: “1/4 finalda İtaliya ilə qarşılaşdıq. Çox yaxşı oyun oldu. Rəqibi elə təzyiq altına saldıq ki, onlar öz oyun ritmlərini tapa bilmədilər. Hələlik növbəti rəqibimizin kim olacağı dəqiqləşməyib. Lakin bu rəqib Azərbaycan olsa, onlardan revanş alacağımıza ümid edirəm. Çünki bu ilin yayında dünya çempionatının seçmə mərhələsində onlardan çox üzücü məğlubiyyət almışdıq”.

 

Qeyd edək ki, Hollandiyanın yarımfinaldakı rəqibi bu gün keçiriləcək Azərbaycan – Almaniya oyununun güclüsü olacaq. 

0