[b]“Ən yaxşı oyunumuzu göstərdik” – Natalya Məmmədova[/b]
29.09.2017 - 22:44
[b]“Ən yaxşı oyunumuzu göstərdik” – Natalya Məmmədova[/b]

“İlk setin əvvəlində bir neçə səhv elədik. Getdikcə sakitləşdik və ən yaxşı oyunumuzu göstərməyə başladıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri voleybol üzrə milli komandamızın voleybolçusu Natalya Məmmədova deyib.

 

Qadınlar arasında voleybol üzrə Avropa çempionatının 1/4 final mərhələsində millimiz Almaniya ilə qarşılaşıb.

 

3:0 hesablı qələbə qazanan yığmamız yarımfinalda Hollandiya ilə qarşılaşacaq. Komandamızın hücumçusu Natalya Məmmədova oyun haqqında fikirlərini bölüşüb: “Öz hədəfimizi yerinə yetirmək – medal qazanmaq üçün mütləq qələbə qazanmalı idik. Sabah isə Hollandiya ilə qarşılaşacağıq. Rəqib çox güclüdür, ancaq hər şeyə rəğmən qələbə qazanmağa çalışacağıq”.

0