SİZİN REKLAM BURADA

Berti Foqts Azərbaycan yığmasına "ilişdi": Siz dəlisiniz?

Futbol üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Berti Foqts yenidən millimizi xatırlayıb. Apasport.az saytının məlumatına görə, o, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq komandamız haqqında “t-online.de” portalındakı ənənəvi köşəsində bəhs edib.

 

Foqts yığmamızın bu oyunda heç bir şansının olmadığını vurğulayıb: “Köşəmin sonunda bir zamanlar çalışdırdığım və Almaniya millisinin növbəti rəqibi Azərbaycandan bəhs etmək istəyirəm. Sözsüz ki, komandamız bu oyunda qələbə qazanacaq. Azərbaycanın göstərəcəyi xüsusi heç bir şey yoxdu. San Marino qarşısında qələbə onlarda qəribə xəyallar yaratdı. Ancaq onlara demək lazımdı ki, dəlisiniz? Siz həqiqətən qrupda ikinci olmaq istəyirsiniz?”

 

70 yaşlı çalışdırıcı millimiz haqqında xoş sözlər də deyib: “Onların doğru yolda olduqlarını deyə bilərəm. Maraqlı oyunçuları var ki, II Bundesliqada güclü komandalarda çıxış edə bilərlər. Məni ən çox məyus edən isə odur ki, onlar Azərbaycanda oynamaqdan məmnundular. Çünki orda rahat olurlar. Azərbaycanda əsas diqqət şahmata və güləşə ayrılıb”.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 7 6 1 0 14-3 19

2.

Zirə

8

5 3 0 15-5 18

3.

Qəbələ

8

5 1 2 11-8 16

4.

Sumqayıt

8 3 1 4 8-11

10

5.

İnter

8

2 2 4 7-11 8

6

Neftçi 8 2 1 5 9-9 7

7.

Səbail

7

2 0 5 4-12 6

8.

Kəpəz

8 1 1 6 5-14 4
               

 

Top 10