[b]Ruslan Lunyov Dünya Kubokunun final mərhələsinə yollanır[/b]
09.10.2017 - 11:42
[b]Ruslan Lunyov Dünya Kubokunun final mərhələsinə yollanır[/b]

Oktyabrın 23-də Hindistanda güllə atıcılığı üzrə Dünya Kubokunun final mərhələsi keçiriləcək. Apasport.az saytının məlumatına görə, Yeni Dehlidə 7 gün davam edəcək yarışda Azərbaycan snayperi də hədəf önünə keçəcək.

 

Ölkəmizin idman şərəfini Ruslan Lunyov qoruyacaq. O, 25 m məsafədən atəşaçma yarışlarında dəqiqliyini yoxlayacaq.

 

Final mərhələsinə isə ümumilikdə 45 ölkədən 162 idmançı qatılacaq. 

0