[b]“Çelsi”nin futbolçusu ÇL haqda: Qrup birincisi olmağa layiqik[/b]
11.10.2017 - 12:08
[b]“Çelsi”nin futbolçusu ÇL haqda: Qrup birincisi olmağa layiqik[/b]

“Çempionlar Liqasında ilk mövsümümdü. Bu turnirdə iştirak etmək çox xoşuma gəlir”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante deyib.

 

Çempionlar Liqasının (ÇL) cari mövsümündə əvvəlcə “Qarabağ” (6:0), ardınca isə “Atletiko”ya (2:1) qalib gələn “zadəganlar” hazırda C qrupuna başçılıq edirlər.

 

Britaniya mətbuatına açıqlama verən Kante komandasının ÇL-dəki çıxışını dəyərləndirib. Qitənin ən mötəbər klub turnirində debüt edən fransalı futbolçu hər iki görüşü yüksək səviyyədə keçirdiklərini bildirib: “İlk 2 matçda qələbə qazanmaq ürəyimizcədi. “Atletiko”ya qarşı yaxşı oyun göstərdik. Çoxlu qol şansımız oldu. Rəqibin güclü cəhətlərini bilirdik və buna qarşı yaxşı hazırlaşmışdıq. Qələbə qazanmağımızda bu amil rol oynadı. Hazırda qrupda birinci yerdə qərarlaşmışıq. Buna layiqik”.

 

Kante “Qarabağ” və “Çelsi” ilə qarşılaşmada fərqli mövqelərdə çıxış etdiyini vurğulayıb: “Atletiko”ya qarşı 3 yarımmüdafiəçi ilə oynayırdıq və mən daha çox hücuma kömək etməli idim. Qrupdakı digər matçlarımızı da qələbə ilə başa vurmaq istərdik”.

 

Qeyd edək ki, Fransa yığmasının düşərgəsində zədələnən Nqolo Kante 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

 

0