[b]Millimizin hücumçusu klubunda məşqə buraxılmır[/b]
11.10.2017 - 12:20
[b]Millimizin hücumçusu klubunda məşqə buraxılmır[/b]

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz klubu “Bursaspor”un məşqlərində iştirak etmir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb 29 yaşlı forvardın zədədən əziyyət çəkməsidi.

 

Belə ki, milli komandaların DÇ-2018-in seçmə mərhələ oyunları ilə əlaqədar ölkə çempionatında yaranmış fasiləni gündəlik məşqlərlə keçirən “Bursaspor” hələ də tam heyətlə hazırlaşa bilmir. Yığmalardan yeni dönən oyunçularla yanaşı, zədəlilər Pablo Batalya, Bilal Kısa, Coşua Con və Dəniz Yılmaz baş məşqçi Pol Le Quenin ixtiyarında deyillər. Həkimlər müalicəsini davam etdirən Dənizin hələlik məşq keçməsinə icazə vermirlər. Onun Superliqanın VIII turu çərçivəsində “Osmanlıspor”la matçda iştirakı sual altındadı.

 

Qeyd edək ki, “Bursaspor” – “Osmanlıspor” görüşü oktyabrın 16-da keçiriləcək.

 

0