[b]“Natalya Məmmədova bizi yenə heyrətləndirdi” - FOTO[/b]
12.10.2017 - 18:41
[b]“Natalya Məmmədova bizi yenə heyrətləndirdi” - FOTO[/b]

“Dinamo” bizi əsasən topu oyuna daxil etməklə “öldürdü”. Xüsusilə də, Natalya Məmmədova və İrina Voronkovonun zərbələri qarşısıalınmaz idi. Onlar bizə öz oyunumuzu göstərməyə imkan vermədilər”. Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Leninqradka” voleybol klubunun baş məşqçisi Aleksandr Kaşin deyib.

 

O, Rusiya Superliqasının ilk turunda Kazan “Dinamo”su ilə oyunu şərh edib. Kaşin bildirib ki, 0:3 hesabı ilə uduzmalarına Azərbaycan millisinin hücumçusu Natalya Məmmədova səbəb olub:Bu səviyyədə keçirilən oyunlarda ardıcıl güclü zərbələri qəbul etmək çox çətindi. Çempionatımızda belə zərbə vuran voleybolçu, demək olar ki, yox idi. Məmmədova Məmmədovadı. O, bizi yenə heyrətləndirdi. Natalyanın Azərbaycan millisinin heyətində və “Uraloçka”ya qarşı keçirdiyi matçlarda sərgilədiyi oyun gördüyümdən çox uzaq idi. Məmmədova çox yaxşı oynadı, ona halaldı”.

 

Qeyd edək ki, Məmmədova matçda 20 xal toplamaqla görüşün bombardiri olub. 

0