[b]DÇ-2018: Kamerun və Keniya Azərbaycana potensial rəqib oldu[/b]
14.10.2017 - 11:04
[b]DÇ-2018: Kamerun və Keniya Azərbaycana potensial rəqib oldu[/b]

Qadın voleybolçular arasında 2018-ci ildə Yaponiyada keçiriləcək dünya çempionatına daha 2 yığma vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, bu, DÇ-2018-in Afrika çempionatının nəticəsinə əsasən rəsmiləşib.

 

Belə ki, yarışın finalına yüksələn Keniya və Kamerun voleybolçuları mundialda iştirak hüququna da yiyələniblər. Onlar çempionu bu gün müəyyənləşdirəcəklər.

 

Bununla da mundialın 24 iştirakçısından 19-nun adına aydınlıq gəlib. Bunlar ev sahibi Yaponiya, Cənubi Amerikadan Braziliya, Avropadan Rusiya, Serbiya, Türkiyə, İtaliya, Azərbaycan, Almaniya, Hollandiya, Bolqarıstan, Asiyadan Çin, Cənubi Koreya, Tailand, Qazaxıstan, Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələrindən Kuba, Kanada, Afrikadan Keniya və Kamerun milliləridi. Digər komandalar isə Okeaniya və NORCECA zonaları üzrə baş tutacaq yarışların nəticəsinə əsasən bilinəcək. 

0