[b]Lisenziyalaşdırma qrupunun iclası keçiriləcək[/b]
20.10.2017 - 18:03
[b]Lisenziyalaşdırma qrupunun iclası keçiriləcək[/b]

Oktyabrın 25-də Lisenziyalaşdırma qrupunun Azərbaycan Premyer Liqası və l Divizionda çıxış edən klub nümayəndələri üçün iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, saat 10:30-da başlayacaq yığıncaq AFFA-nın İnzibati binasında təşkil olunacaq.

 

İclas 2018-19-cu il Lisenziyalaşdırma mövsümünün açılışı müzakirə olunacaq. Həmçinin paket sənədlərin, yeni (Buraxılış 2017) Lisenziyalaşdırma üzrə qaydaların təqdim olunması, qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat veriləcək, ötən mövsümün icmalı olacaq və Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda danışılacaq.

Mənbə: affa.az

0