[b]“Qızıl oğlan” mükafatına 3 namizəd qaldı[/b]
21.10.2017 - 12:39
[b]“Qızıl oğlan” mükafatına 3 namizəd qaldı[/b]

Dünyanın ən yaxşı gənc futbolçusuna verilən “Qızıl oğlan” mükafatına yekun namizədlər müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 24 futbolçudan yalnız 3-ü finala qalıb.

 

Avropada aparıcı idman nəşrlərinin jurnalistləri arasında keçirilən 2017-ci ilin “Qızıl oğlan”ı sorğusunun qalibi olmaq üçün 2 fransalı və 1 braziliyalı yarışır. Bunlar Kilian Mbappe (PSJ), Osman Dembele (“Barselona”) və Qabriel Jezuşdu (“Mançester Siti”). Qalibin adına oktyabrın 23-də aydınlıq gələcək.

 

Qeyd edək ki, “Qızıl oğlan” mükafatı yaşı 21-dən yuxarı olmayan futbolçulara verilir.

0