[b]“Neftçi” üçün düşərsiz səfər[/b]
21.10.2017 - 14:34
[b]“Neftçi” üçün düşərsiz səfər[/b]

Azərbaycan Premyer Liqasının IX turunda “Kəpəz”in qonağı olan “Neftçi” uğursuzluq sindromuna son qoymağa çalışacaq. Apasport.az saytının məlumatına görə, bakılılar artıq 4 oyundu ki, rəqibinə qalib gələ bilmir.

 

Belə ki, sonuncu dəfə ötən il oktyabrın 1-də “Kəpəz” üzərində 2:0 hesablı qələbəyə sevinən “ağ-qaralar” həmin vaxtdan bəri rəqibinə qarşı keçirdiyi 4 görüşün 2-də eyni hesabla məğlub olub (0:2), digər 2-də isə qolsuz bərabərliklə kifayətlənib. Digər diqqətçəkən məqam isə bu 4 matçda “Neftçi”nin qol vura bilməməsidi.

 

Tərəflər arasındakı 49-cu dueldə “Neftçi”nin həm də səfər uğursuzluğuna son qoymaq imkanı var. Son iki Gəncə səfərindən başıaşağı dönən paytaxt təmsilçisi axırıncı 4 qarşılaşmanın isə hamısında qapısında qol görüb.

 

“Neftçi” bu gün “Kəpəz” önündəki quru seriyaya son qoysa, rəqibi 70-ci dəfə mərkəzə dəvət etmiş olacaq. Bakılıların indiyə qədər vurduqları 69 topa gəncəlilər 45 qolla qarşılıq verə biliblər.

 

Qeyd edək ki, bu gün keçiriləcək “Kəpəz” – “Neftçi” görüşü saat 15:00-da start götürəcək.

0