[b]“Qarabağ”ın rəqibi məğlubiyyəti qələbəyə çevirdi - VİDEO[/b]
21.10.2017 - 17:45
[b]“Qarabağ”ın rəqibi məğlubiyyəti qələbəyə çevirdi - VİDEO[/b]

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Çelsi” İngiltərə Premyer Liqasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, London təmsilçisi IX turda “Uotford”u qəbul edib.

 

Qarşılaşmada “zadəganlar” hesabı açsalar da, matçın gedişində geri düşüblər. Buna baxmayaraq, baş məşqçi Antonio Kontenin uğurlu əvəzləmələri geridönüşlə nəticələnib. Beləliklə, əzmkar qələbə qazanan “Çelsi” xallarını sayını 16-ya yüksəldib.

 

“Çelsi” – “Uotford” - 4:2

Qollar: Pedro, 12; Batşuayi, 71, 90+5; Azpilikueta, 87 - Dukur, 45+3; Pereyra, 50

“Çelsi”: Kurtua, David Luiz, Keyhill, Rudiger, Azpilikueta, Markos Alonso (Villian, 68), Bakayoko, Fabreqas, Azar, Pedro (Zappakosta, 86), Morata (Batşuayi, 61)

 

0