[b]Yuri Syomin: Bu, Qurban Qurbanovla bizim aramızdakı sirrdi – MÜSAHİBƏ[/b]
22.10.2017 - 16:48
[b]Yuri Syomin: Bu, Qurban Qurbanovla bizim aramızdakı sirrdi – MÜSAHİBƏ[/b]

Bir zamanlar “Qəbələ”nin baş məşqçisi olmuş, hazırda Moskvanın “Lokomotiv” klubunda çalışan Yuri Syomin “Moskva-Bakı” portalına müsahibə verib. Rus mütəxəssis Azərbaycan futbolundan və burdakı karyerasından danışıb. Apasport.az saytı sözügedən müsahibəni təqdim edir.

 

- “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi bütün Azərbaycanda sevinclə qarşılandı. Əlbəttə ki, hamı sonrasının asan olmayacağını düşünürdü, ancaq ağdamlılar artıq ilk xalını da “Ateltiko” ilə oyunda qazandı. Demək olarmı ki, Azərbaycan futbolu artıq yeni bir mərhələyə addım atıb?

- Gəlin, əvvəlcə bundan başlayaq ki, qrup mərhələsində məğlubiyyətlərə baxmayaraq, ora yüksəlmək özü çox böyük uğurdu. Əsas olan odur ki, onlar doğru yol tutublar və daim irəli hərəkət edirlər. İki klub – “Qarabağ” və “Qəbələ” Azərbaycan futbolunu irəli aparır. Öncəliklə, bu iki komandada uşaq və gənclər futboluna böyük diqqət göstərilir. Yaxşı infrastrukturları var. “Qarabağ”ın Avropa nəhənglərinə məğlub olmasına gəlincə isə, hamı məğlub ola bilər. Əlbəttə ki, sizin komandanız elə bir səviyyədə deyil ki, dünyanın ən yaxşı futbolçularından qurulmuş komandalara qarşı hər oyun başa-baş mübarizə apara bilsin. “Qarabağ” və “Qəbələ” hələlik o səviyyədə futbolçular dəvət edə bilmirlər. Bundan maddi və bir sıra səbəblərin təsiri var. Buna görə də, yenə vurğulayıram, “Qarabağ”ın Çempionlar Liqasında, “Qəbələ”nin Avropa Liqasında çıxış etmiş olmaları böyük uğurdu. Bu, həm də Azərbaycan futbolunun nailiyyətidi.

 

- Bahalı legioner oyunçular almaq inkişaf üçün yeganə yoldu?

- Siz öz resurslarınızla dünyanın ən yaxşı oyunçularından qurulmuş Avropa komandalarına qalib gələ bilməzsiniz. Bu, real deyil. Ümumiyyətlə, futbolda hələ belə praktika olmayıb.

 

Фото: Lokomotiv.Moscow

 

- Sizcə, “Qarabağ” və onun baş məşqçisi nələr etməlidir ki, əlindəki gücü saxlamaqla klub daha da böyüsün və güclənsin?

- Elə hazırda komandanın baş məşqçisi Qurban Qurbanovun elədikləri tam doğrudur. Uzun müddətdir birlikdə işlədiyi klub rəhbərliyi də ona tam inanırlar və güvənirlər. Çox perspektivli məşqçidir. Müasir futbolu yaxşı görür, düzgün analiz edir və görün komandanı hara qədər yüksəltdi. Yeri gəlmişkən, bizim onunla yaxşı münasibətimiz var və arada danışırıq. Sonuncu dəfə “Kopenhagen”i keçdikdən sonra ona zəng etmişdim. Biz Azərbaycan çemopionatına rəqib olmuşuq və Qurbanla rəqabət çox xoşdur. Çünki o, çox ünsiyyətcil insan və yüksək səviyyəli peşəkardı. Təsadüfi deyil ki, onun qurduğu komanda bu gün bütün Azərbaycanın şərəfini qoruyur.

 

- Sirr deyilsə, o, sizə “Kopenhagen” haqqında nə dedi?

- Bu, bizim kimiz arasında sirrdir. Peşəkar söhbətlərdi.

 

- Qurban Qurbanovu yeni qrup məşqçilərə aid etmək olar. Bu məşqçilər nəslinin əsas xüsusiyyətləri nədir?

- Mən məşqçiləri yaşına görə yeni və köhnəyə bölməyin tərəfdarı deyiləm. Çox oyun izləyən, çox analiz edən adamlar istənilən yaşda yeni nəslə aiddir. Digərləri isə 30 yaşında olsalar da, köhnə kateqoriyalardan sayılır. Qurban çox işləyir, çox fikirləşir və həmişə özünəməxsus nəsə tapa bilir.

 

- Yeri gəlmişkən, kimdi onun müəllimi?

- Məncə, onun müəllimi həyatdı. Azərbaycanda və Rusiyada bir çox komandada çıxış edib. Bir çox məşqçilərlə işləyib, vacib deyil ki, konkret kimdənsə öyrənmiş olsun.

 

/upload/iblock/34f/34f0f10e500ec1cfde131e736c287f31.jpg

 

- Yuri Pavloviç, necə düşünürsüz, Çempionlar Liqasında uğurlu olmaq üçün ilk növbədə taktiki, texniki, fiziki hazırlıq daha çox önəmlidir, yoxsa psixoloji hazırlıq?

- Bütün bunlar kompleks şəkildə olmalıdı. Əvvəlcə sizə lazım olan düzgün oyunçuları seçməlisiniz. Daha sonra onları düzgün hazırlaşdırmaq lazımdı. Və nəhayət səbrli olmalısınız. Gördüyüm qədərilə Azərbaycanda vəziyyət normaldı. Milli komanda pis oynamır, klub Çempionlar Liqasında çıxış edir. Bu, ölkədə futbolun səviyyəsini göstərir. Dövlətin dəstəyi də çox vacibdi. Azərbaycanda futbolla məşğul olmaq üçün uşaqlara çox qayğı göstərirlər. “Qəbələ”nin Akademiyası görürsünüz necə qəşəngdi?

 

- Bəs siz Azərbaycandakı şəxsi iş təcrübənizi necə dəyərləndirə bilərsiniz?

- Çox müsbət dəyərləndirirəm. Bir çox insanlarla tanış oldum və indi də onlarla dostam. Azərbaycan futbolu haqqında indi daha çox şey bilirəm. Deyə bilərəm ki, Sovet dövrü ilə müqayisədə çox şey dəyişib.

 

Картинки по запросу yuri syomin gabala

 

- Fərq çoxdur?

- Sizə necə izah edim? Anatoli Banişevski və Kazbek Tuayev kimi eksklüziv futbolçular indi yoxdur, ancaq hər ölkənin müəyyən futbol periodu olur. İnanıram ki, vaxt keçəcək və orda yenidən dünya səviyyəli oyunçular yetişəcək. Bir zamanlar nəinki Azərbaycanda, bütün Sovet İttifaqı ölkələrində futbol itib-batmışdı. Ancaq inanıram ki, çətin dövrlər artıq arxada qalıb. Mən bütün qəlbimlə Azərbaycan futboluna uğurlar arzulayıram və ordakı bütün dostlarıma salam yollayıram.

0