[b]Namiq Əliyev Güləş Federasiyasından kənarlaşdırılıb[/b]
24.10.2017 - 10:48
[b]Namiq Əliyev Güləş Federasiyasından kənarlaşdırılıb[/b]

Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbərliyində kadr dəyişikliyi aparılıb. AGF-dən apasport.az saytına verilən məlumata görə, qurumun prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə I vitse-prezident Namiq Əliyev tutduğu vəzifədən azad edilib.

 

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Sahib Ələkbərova həvalə edilib. 

 

Qeyd edək ki, Ələkbərov Azərbaycan Velosiped Federasiyasında da eyni postu tutur.

 

0