[b]Azərbaycan çempionunun tarixi oyununun vaxtı açıqlandı[/b]
31.10.2017 - 09:38
Azərbaycan çempionu “Lokomotiv”in avrokubokda debüt edəcəyi tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun baş məşqçisi olduğu Bakı klubu “Çelenc Cup”ın II təsnifat mərhələsində ilk oyununu noyabrın 21-də keçirəcək.
Voleybolçularımız həmin gün Kipr “Apoel”ini qəbul edəcək. Komandanın tarixinə ilk beynəlxalq rəsmi görüş kimi düşəcək qarşılaşma saat 19:00-da başlayacaq.
Matç isə Bakı Voleybol Mərkəzində oynanılacaq.
Qeyd edək ki, cavab oyununun tarixi və başlama saatı hələlik dəqiqləşməyib.
0
0