SİZİN REKLAM BURADA

“Vu vəzifəsindən uzaqlaşdırılmasaydı, faciəvi vəziyyətə düşərdik”

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda qurumun prezidenti Çinq-Kuo Vunun vəzifəsindən kənarlaşdırılmaq məsələsinə baxılıb.

 

Komitə üzvlərinin yekdil qərarı ilə federasiya prezidenti bu hüquqdan məhrum olunub.

 

AİBA-nın müvəqqəti prezidenti Franko Falçinelli bu addımın məcburiyyətdən atıldığını bildirib: “Vu vəzifəsindən uzaqlaşdırılmasaydı, biz faciəvi vəziyyətə düşərdik. Biz heç vaxt belə olmamışıq. Bəxtimiz gətirdi ki, İntizam Komitəsinin qərarı onun fəaliyyətini dərhal dayandırdı”.

 

İcraiyyə Komitəsinin üzvü Pet Fiaçço isə AİBA rəhbərinin fəaliyyəti ilə bağlı üzə çıxan faktlardan şoka düşdüyünü açıqlayıb: “Biz heç vaxt düşünə bilməzdik ki, bu, bizim təşkilatı öz şəxsi büdcəsinə çevirməyə cəhd edəcək. Ona görə bu faktlar hamımızı şoka saldı”.

 

Qeyd edək ki, Vu 2006-cı ildən AİBA-nın prezidentidi. O, bu postda pakistanlı Ənvər Çoudrini əvəzləmişdi. 2012-ci ildən BOK-un İcraiyyə Komitəsinə üzv olan funksioner 2014-cü ilin noyabrında növbəti dəfə AİBA rəhbəri seçilib. 

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10