[b]Ruslan Lunyov 8-ci pilləyə yüksəldi[/b]
09.11.2017 - 17:33
[b]Ruslan Lunyov 8-ci pilləyə yüksəldi[/b]

Beynəlxalq İdman Atıcılıq Federasiyası reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda Azərbaycan snayperləri də yer alıblar.

 

Güllə atıcılığı üzrə millimizin lideri Ruslan Lunyov ötən ayla müqayisədə mövqeyini yaxşılaşdırıb. O, 25 m məsafəyə atəş açmada 2 rəqibini qabaqlayaraq, 8-ci yerə yüksəlib. Lunyovun aktivində 842 xal var.

 

Təmsilçimiz 10 m məsafəyə atəş açmada isə yerini qoruyub. Snayperimiz yenə 93 xalla 29-cudu.

 

Eyni məsafəyə qadınların siyahısında Nigar Nəsirova da irəliləyib. O, 55-ci pilləni 54-ə dəyişib.

 

Stend atıcılarının cədvəlinin ön sıralarında isə Azərbaycan idmançısı yer almayıb. 

0