[b]Qəbələdə cüdonun yeni qaydaları ilə bağlı seminar keçirilib - FOTOSESSİYA[/b]
10.11.2017 - 18:39
[b]Qəbələdə cüdonun yeni qaydaları ilə bağlı seminar keçirilib - FOTOSESSİYA[/b]

Qəbələdə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə məşqçi və hakimlər üçün seminar keçirilib. Apasport.az saytının məlumatına görə, seminar federasiya tərəfindən Qəbələyə ezam olunmuş Azərbaycan Cüdo Federasiyası Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov tərəfindən aparılıb. Dərslərdə məşqçi və hakimlərlə yanaşı, Şimal bölgəsinin yeniyetmə cüdoçuları da iştirak edib.

 

Fariz Hüseynov Beynəlxalq Cüdo Federasiyası tərəfindən qəbul olunan və 2018-ci ilin yanvar ayının 1-dən qüvvəyə minəcək yeni qaydalar barəsində ətraflı məlumat verib. Cüdonun daim inkişafda olan yeni texnika və qaydaları həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.

 

Qeyd edək ki, növbəti seminarlar noyabrın 11-də Bakıda, noyabrın 12-də isə Gəncədə keçiriləcək.

 

0