[b]“Atletiko”nun matçında videotəkrar sınaqdan keçiriləcək[/b]
13.11.2017 - 09:42
[b]“Atletiko”nun matçında videotəkrar sınaqdan keçiriləcək[/b]

İspaniyada videotəkrar (VAR) sistemindən istifadə ediləcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniya Kral Kubokunun 1/16 final mərhələsinin cavab matçında bu, sınaqdan keçiriləcək.

 

Belə ki, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Atletiko”nun noyabrın 30-da “Elçe” ilə ev matçında ilk dəfə videotəkrara ehtiyac duyulacaq. Yerli federasiya gələn mövsümdən La Liqanın oyunlarında da bu sistemdən yararlanmaq niyyətindədi.

 

Qeyd edək ki, bu komandalar arasında “Elçe”nin meydanında keçirilən ilk görüş 1:1 hesabı ilə nəticələnib.

0