SİZİN REKLAM BURADA

403 günlük həsrətə son

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi seçmə oyunlarındakı xal həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2019-un seçmə mərhələsinin 5-ci oyununda ilk xalını əldə edib.

 

Ardıcıl 4 məğlubiyyət alan komandamız ilki Kosovo ilə ev görüşündə gerçəkləşdirib. Qolsuz bərabərlik həm tsikldə, həm də 2017-ci ildə ilk uğur olub.

 

Bunadək yığmamızın son qazancı 403 gün əvvəl gerçəkləşmişdi. 2016-cı il oktyabrın 7-də AVRO-2017-nin son matçında millimiz Finlandiya səfərindən bərabərliklə dönmüşdü.

 

Qolsuz bərabərliklə bitən həmin matç həm də qapımızı toxunulmaz saxladığımız son görüş olmuşdu. Çünki ardıcıl aldığımız 4 məğlubiyyət zamanı qol da buraxmışdıq. Söhbət cari tsiklin oyunlarından gedir. İsrail və İrlandiyaya eyni – 1:3 hesabı ilə uduzan komandamız Almaniyaya iki dəfə yenilmişdi – 1:6, 0:7.

 

Yığmamız evdə 434 gündən sonra xal qazanıb. Ötən il sentyabrın 6-da Farer adaları ilə bərabərə qalan (1:1) millimiz İrlandiyaya 1:3, Almaniyaya 0:7 hesabı ilə uduzub.

 

Xal və quru oyun həsrətinə son qoyan komandamız hələ də qələbə intizarındadı. 729 gün öncə - 2015-ci il noyabrın 17-də Rusiyanı 3:0 hesabı ilə yenən futbolçularımız 8 matçdı qalib gəlmir.

 

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10