[b]"Neftçi" Elnur Cəfərovu cəzalandırdı[/b]
15.11.2017 - 13:25
[b]"Neftçi" Elnur Cəfərovu cəzalandırdı[/b]

"Neftçi”nin futbolçusu Elnur Cəfərov baş məşqçi Tərlan Əhmədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib. Apasport.az-ın məlumatına görə, klubun rəsmi saytı bu haqda bəyanat yayıb.

 

Bildirilir ki, Cəfərov, həmçinin klubun kodeksinə uyğun olaraq cərimə olunub.

 

Buna səbəb Elnurun U-21 milli komandasının heyətindəki çıxışı və sosial şəbəkələrdəki hərəkəti ilə yığmanın və klubun ictimai nüfuzuna xələl gətirməsidi.

 

Qeyd edək ki, Elnur Cəfərov “Neftçi”yə bu ilin yayında keçib. 

0