[b]Azərbaycan çempionatında 70 klub[/b]
15.11.2017 - 17:46
[b]Azərbaycan çempionatında 70 klub[/b]

Bu gün “Sərhədçi” Olimpiya Mərkəzində U-18 yeniyetmələr arasında cüdo üzrə Azərbaycan  çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək ölkə birinciliyində paytaxt və regionlarda keçirilmiş yarışlarda yüksək nəticələr qazanmış cüdoçular mübarizə aparır.

 

Bu səbəbdən respublika birinciliyinə maraq çox böyükdü. Belə ki, yarışın ilk günündə 37-si rayon, 43-ü Bakı və Sumqayıtdan olan, ümumilikdə isə 70 klubdan 565 yeniyetmə oğlan və qız cüdoçu medallar uğrunda mübarizə aparır.

 

0