[b]Ventura İtaliya millisindən qovuldu[/b]
16.11.2017 - 09:21
[b]Ventura İtaliya millisindən qovuldu[/b]

Campyero Ventura rəsmən İtaliya yığmasının baş məşqçisi postundan qovulub. Apasport.az saytı xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.

 

69 yaşlı çalışdırıcının rəhbərliyi altında “Skuadra Adzurra” DÇ-2018-in final mərhələsinə vəsiqə əldə edə bilməyib. Məhz bu səbəbdən Ventura ilə yolların ayrılmasına qərar verilib.
 

2020-ci ilə qədər müqaviləsi olan Venturanın sözləşməsinə xitam verildiyindən, o, 866 min avro təzminat alıb.  

 

Qeyd edək ki, Ventura İtaliya millisinin “sükanı arxası”na 2016-cı ildə keçmişdi. Onun rəhbərliyi altında 9 qələbə qazanıb, 4 heç-heçə edən yığma 3 dəfə uduzub.

0