[b]Ayxan Abbasov: Həmin vaxt da demişdim ki…[/b]
18.11.2017 - 15:15
[b]Ayxan Abbasov: Həmin vaxt da demişdim ki…[/b]

“Bizim üçün vacib qələbə idi. İki ardıcıl qalibiyyətdən sonra komandanı bu oyuna hazırlamaq asan deyildi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib.

 

Premyer Liqanın XII turunda “Keşlə”nin qonağı olan “Zirə” 1:0 hesablı qələbə qazanıb.

 

Matçdan sonra mətbuat konfransı keçirən paytaxt klubunun baş məşqçisi Ayxan Abbasov bunları deyib: “Futbolçular bu oyuna yaxşı köklənmişdilər. Rəqibin turnir cədvəlində vəziyyəti yaxşı olmasa da, onlarla matç həmişə çətin olur. “Keşlə”ni yaxşı analiz etmişdik. Növbəti turda bizi “Qarabağ”la çətin oyun gözləyir. Həmin görüşə yaxşı hazırlaşmağa çalışacağıq”.

 

- 13 günlük fasilənin komandaya təsiri necə oldu?

- Fasilənin komandaya xeyri də oldu, ziyanı da. Məncə, bizim komandaya xeyri daha çox oldu. “Neftçi” və “Qəbələ” ilə oyunlardan sonra futbolçulara istirahət lazım idi.

 

- “Zirə” mövsümün əvvəli ilə müqayisədə sanki zəif təsir bağışlayır...

- Komandanın oyununda geriləmə yoxdu. Sadəcə, rəqiblər artıq bizi yaxşı analiz edirlər. Həm də, mövsümün əvvəlində çempionata daha yaxşı hazırlaşmışdıq.

 

- Yayda fiziki yüklənməni avrokuboklara uyğun keçmişdiz, yoxsa çempionat oyunlarını da düşünmüşdüz?

- Həmin vaxt da demişdim ki, biz təkcə Avroliqanı yox, çempionata hazırlığı da düşünmüşük. Bunun da nəticəsində hələ də yüksək pillələrdə qərarlaşmışıq.

 

- Qarşıda “Qarabağ”la oyun var...

- “Qarabağ” Azərbaycan futbolunun brendidi. Bu komanda ilə ilk oyunda futbolçularım sübut etdilər ki, “Qarabağ”a qarşı oynamaq mümkündü. “Qarabağ”ın hətta ehtiyat oyunçuları da digər komandalarda lider ola bilər. Öz meydanımızda oynayacağıq.  Çalışacağıq ki, bu üstünlükdən yararlanaq.

 

- Təmkin Xəlilzadənin əvəzlənməsinə səbəb nə idi?

- O, bu gün verilən tapşırıqları yerinə yetirdi. Ancaq ikinci hissədə rəqib uzun toplardan çox istifadə edirdi. Buna görə, daha təcrübəli Aleksandr Şemonayevi meydana buraxdım. Həm də, Təmkin bir qədər yorulmuşdu.

 

- Təmkinə daha çox yarımmüdafiə, yoxsa müdafiədə şans verməyə üstünlük verirsiz?

- Bu, rəqibin kimliyindən asılı olaraq dəyişir. Özü daha çox yarımmüdafiədə oynamaq istəyir. Ancaq həm müdafiədə, həm də yarımmüdafiədə yaxşı təsir bağışlayır. Ümid edirəm ki, gələcəkdə yığmaya çox xeyri dəyəcək.

0