[b]Sonuncudan əvvəlki[/b]
20.11.2017 - 11:29
[b]Sonuncudan əvvəlki[/b]

Sabah Çempionlar Liqasında V tura start veriləcək. Apasport.az saytının məlumatına görə, Avropanın 32 ən güclü komandası qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirmək üçün növbəti addımını atacaq.

 

Bu görüşlər 1/8 finala yüksələcək komandaların sayının artması ilə nəticələnəcək. Artıq ilk iki yerdən birini təmin edən PSJ, “Bavariya”, “Mançester Siti” və “Tottenhem”ə qoşulmaq şansına 12 komanda malikdi.

 

İlk oyun günündə E qrupunda yalnız bir vəsiqə sahibini tapa bilər. Bunun “Sevilya” - “Liverpul” görüşündə rəsmiləşməsi gözlənilir. Qalib gələn komanda 1/8 finala yüksələcək. Matç heç-heçə bitsə, İngiltərə təmsilçisi “Spartak”ın məğlubiyyəti sayəsində buna nail olacaq.

 

F qrupunda “Şaxtyor” 1/8 finala yüksələn ikinci komanda olmağa yaxındı. Bunun üçün Ukrayna təmsilçisi “Napoli”yə uduzmamalıdı. Hətta 2-dən artıq qol vurub, minimal hesabla uduzmaq da Donetsk təmsilçisini növbəti mərhələyə daşıyacaq.

 

G qrupunda “Beşiktaş”la “Porto” mərhələ adlamaq imkanına malikdi. Türkiyəlilər Portuqaliya klubuna uduzmasa, 1-ci yerlə 1/8 finala yüksələcək. Məğlubiyyət də onları növbəti raunda daşıya bilər. Bunun üçün “Leypsiq” də xal itirməlidi. Belə nəticələr qeydə alınsa, elə “Porto” da xoşbəxtlər arasına qoşulacaq.

 

“Real” H qrupundan 1/8 finala yüksələn 2-ci komanda olmaq üçün APOEL səfərindən qələbə ilə dönməlidi. Madridlilərə 1 xal da kifayət edə bilər. Amma bunun üçün “Borussiya” da xal itirməlidi.

 

İkinci oyun günündə bütün Azərbaycanın diqqəti “Qarabağ”a yönələcək. Çempionumuz evdə “Çelsi”ni sınağa çəkəcək. C qrupunda baş tutacaq görüşdə İngiltərə təmsilçisi qalib gəlsə, 1/8 finala yüksələcək. Heç-heçə olsa, London klubu “Atletiko”nun qalib gəlməməsini arzulamalıdı. Sonuncularla görüşdə qazanılacaq 1 xal “Roma”nı da 16 ən yaxşı arasında daşıyacaq.

 

Bir sözlə, qrupumuzda hər iki 1/8 finalçının adı dəqiqləşə bilər. Buna mane olmağa çalışacaq “Qarabağ” şanslarını qorumaq üçün qalib gəlməli, Avropa Liqası uğrunda mübarizədə üstünlük qazanmaq üçün xal əldə etməlidi. Çempionumuz məğlub olsa, “Atletiko” evdə qələbə qazansa, təmsilçimizin üçüncülük şansı da itəcək.

 

“Mançester Yunayted” 1 xalla da qrupdan çıxmış olacaq. İngiltərəlilərin məğlubiyyətlə mərhələ keçməsi üçün MOİK-in də xal itirməsi lazımdı. Sonuncular uduzsa, “Bazel” də qələbə ilə 1/8 finalçı olacaq.

 

B qrupunda PSJ və “Bavariya” 1-ci yer, “Seltik”lə “Anderlext” Avropa Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirəcək.

 

D qrupunda keçiriləcək “Yuventus” – “Barselona” görüşü bir, hətta iki vəsiqənin sahibinin müəyyənləşməsi ilə nəticələnə bilər. İspaniya klubu səfərdən xalla dönsə, qrup qalibi olacaq. Barselonanın eyniadlı təmsilçisi uduzsa, hər iki komandanın gözləri “Sportinq”in xal itirməsinə yönələcək. Portuqaliya təmsilçisinin uğursuzluğu hər iki nəhəngi 1/8 finala daşıyacaq.

 

Çempionlar Liqası

Qrup mərhələsi, V tur

21 noyabr

 

E qrupu

21:00. “Spartak” (Rusiya) - “Maribor” (Sloveniya)

23:45. “Sevilya” (İspaniya) - “Liverpul” (İngiltərə)

 

1.

Liverpul

4

2

2

0

13-3

8

2.

Sevilya

4

2

1

1

8-8

7

3.

Spartak

4

1

2

1

8-5

5

4.

Maribor

4

0

1

3

1-14

1

 

F qrupu

23:45. “Mançester Siti” (İngiltərə) - “Feyenoord” (Hollandiya)

23:45. “Napoli” (İtaliya) - “Şaxtyor” (Ukrayna)

 

1.

Mançester Siti

4

4

0

0

12-3

12

2.

Şaxtyor

4

3

0

1

7-5

9

3.

Napoli

4

1

0

3

7-9

3

4.

Feyenord

4

0

0

4

3-12

0

  

G qrupu

21:00. “Beşiktaş” (Türkiyə) - “Porto” (Portuqaliya)

23:45. “Monako” (Fransa) - “Leypsiq” (Almaniya)

 

1.

Beşiktaş

4

3

1

0

8-3

10

2.

Porto

4

2

0

2

9-7

6

3.

Leypziq

4

1

1

2

5-8

4

4.

Monako

4

0

2

2

3-7

2

 

H qrupu

23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə)

23:45. APOEL (Kipr) - “Real” (İspaniya)

 

1.

Tottenhem 

4

3

1

0

10-3

10

2.

Real Madrid

4

2

1

1

8-5

7

3.

Borussiya Dortmund

4

0

2

2

4-8

2

4.

APOEL

4

0

2

2

2-8

2

 

22 noyabr 

A qrupu

21:00. MOİK (Rusiya) - “Benfika” (Portuqaliya)

23:45. “Bazel” (İsveçrə) - “Mançester Yunayted” (İngiltərə)

 

1.

Mançester Yunayted

4

4

0

0

10-1

12

2.

Bazel

4

2

0

2

8-5

6

3.

MOİK

4

2

0

2

5-8

6

4.

Benfika

4

0

0

6

1-10

0

  

B qrupu

23:45. PSJ (Fransa) - “Seltik” (Şotlandiya)

23:45. “Anderlext” (Belçika) - “Bavariya” (Almaniya)

 

1.

PSJ

4

4

0

0

17-0

12

2.

Bavariya

4

3

0

1

8-4

9

3.

Seltik

4

1

0

3

5-9

3

4.

Anderlext

4

0

0

4

0-15

0

 

C qrupu

21:00. “Qarabağ” (Azərbaycan) - “Çelsi” (İngiltərə)

23:45. “Atletiko” (İspaniya) – “Roma” (İtaliya)

 

1.

Roma

4

2

2

0

8-4

8

2.

Çelsi

4

2

1

1

11-7

7

3.

Atletiko

4

0

3

1

2-3

3

4.

Qarabağ

4

0

2

2

2-9

2

 

D qrupu

23:45. “Sportinq” (Portuqaliya) - “Olimpiakos” (Yunanıstan)

23:45. “Yuventus” (İtaliya) - “Barselona” (İspaniya)

 

1.

Barselona

4

3

1

0

7-1

10

2.

Yuventus

4

2

1

1

5-5

7

3.

Sportinq

4

1

1

2

5-6

4

4.

Olimpiakos

4

0

1

3

3-8

1

 

0