[b]FİFA prezidenti Bakıya gəlir[/b]
20.11.2017 - 11:33
[b]FİFA prezidenti Bakıya gəlir[/b]

Bakıda FIFA İcraedici Futbol Sammiti keçiriləcək. Apasport.az affa.az saytına istinadən xəbər verir ki, sabah baş tutacaq tədbirdə FİFA-nın prezidenti Canni İnfantino, FİFA-nın baş katibi Fatma Samoura, Azərbaycana yaxın regionda yerləşən ölkələrin futbol federasiyalarının, həmçinin FİFA üzvü olan müxtəlif konfederasiyaların tərkibindəki milli assosiasiyaların rəhbər şəxsləri iştirak edəcək.

 

Sammit iştirakçılarının siyahısına Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyaları daxildir.

 

FİFA İcraedici Futbol Sammiti FİFA prezidenti Canni İnfantinonun təşəbbüsü ilə keçirilməyə başlayıb. İlk dəfə 2016-cı ilin noyabrında Fransanın paytaxtı Parisdə təşkil olunan sammitin ikinci “dayanacağı” 6-8 dekabr tarixlərində Sinqapurda olub.

 

Sammit 2017-ci ildə 17-18 yanvar tarixlərində Mayamidə (ABŞ), fevralın 14-16-da Dohada (Qətər), fevralın 21-23-də Əddis-Əbəbədə (Efiopiya) və 7-9 martda Londonda (İngiltərə) keçirilib. Əsas məqsəd müxtəlif milli assosiasiyaların rəhbərlərinin FİFA rəhbərliyi ilə müxtəlif məsələlər barədə fikir mübadiləsi aparmasına şərait yaratmaqdı.

 

Əvvəllər FİFA-nın üzvü olan milli assosiasiyaların rəhbərliyi FİFA rəhbərliyi ilə yalnız FİFA-nın Konqresi zamanı ünsiyyətdə ola bilirdi. Konqres iştirakçılarının say çoxluğu və vaxt məhdudiyyəti səbəbindən geniş müzakirələr aparmaq mümkün olmurdu. FİFA İcraedici Futbol Sammitinin təşkil olunması bu zərurətdən irəli gəlir. Noyabrın 21-də Bakıda keçiriləcək analoji sammitdə Əfqanıstan, Tacikistan, Türkmənistan, Benin, Çad, Cibuti, Özbəkistan, Belarus, Gürcüstan, Qazaxıstan, Latviya, Moldova, Ukrayna və Rusiya futbol federasiyalarının rəhbərliyi iştirak edəcək.

 

 

0