[b]İtaliya yığmasının baş məşqçisi postuna 5 namizəd[/b]
20.11.2017 - 12:33
[b]İtaliya yığmasının baş məşqçisi postuna 5 namizəd[/b]

İtaliya yığmasının baş məşqçisi postuna namizədlər müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, ölkənin futbol federasiyasının prezidenti Karlo Tavekkio yerli mətbuata 5 məşqçi ilə danışıq apardıqlarını açıqlayıb.

 

Həmin çalışdırıcıların adlarını çəkən Tavekkio istədikləri məşqçi ilə anlaşmağın çətin olduğunu etiraf edib: “İndiki məqamda əksər namizədin minimum iyuna qədər müqaviləsi var. Razılığa gəlmək üçün hazırkı iş yerlərinə bir neçə milyon təzminat ödəmək lazımdı. Biz isə bunu edəcək gücdə deyilik. Ən yaxşı məşqçilərin arasında seçim aparırıq. Bunlar Karlo Ançelotti, Antonio Konte, Massimiliano Alleqri, Klaudio Ranyeri və Roberto Mançinidi”.

 

Adları açıqlanan məşqçilərdən yalnız Ançelotti hazırda işsizdi. Konte “Çelsi”nin, Alleqri “Yuventus”un, Ranyeri “Nant”ın, Mançini isə “Zenit”in “sükanı arxası”ndadı. Bu mənada, “Bavariya”dan qovulan Ançelottinin “Skuadra Adzurra”nın yeni baş məşqçisi olmaq ehtimalı daha yüksək dəyərləndirilir.
 

Qeyd edək ki, İtaliya millisi Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilməyib. Bundan sonra Campyero Ventura yığmanın baş məşqçisi vəzifəsindən qovulub.


 

0