[b]Azərbaycan çempionu 6 voleybolçu ilə müqavilə bağladı[/b]
21.11.2017 - 09:26
[b]Azərbaycan çempionu 6 voleybolçu ilə müqavilə bağladı[/b]

Azərbaycan çempionu “Lokomotiv” daha 6 voleybolçu ilə müqavilə bağlayıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” avrokuboka sifariş vərəqinin verilməsinin son günü yeni oyunçularla müqaviləni rəsmiləşdirib.

 

Belə ki, Bakı təmsilçisi yığmamızın hücumçusu Vüqar Bayramov yeni mövsümdə “Lokomotiv”in şərəfini qoruyacaq. 25 yaşlı voleybolçumuz yeni mövsümdə komandada 1 nömrəli formanı geyinəcək. Onunla yanaşı, yerlilərdən 18 yaşlı Zeynalabdin Qasımovla 22 yaşlı Andrey Vasilenko da avrokubokda “dəmiryolçular”ın formasını geyinəcək. Bu voleybolçular müvafiq olaraq, libero və hücumçudu.

 

“Lokomotiv” “Çelenc Cup”da 3 legionerin də gücündən istifadə edəcək. Bunlar rusiyalı Əli Maqomedovla Murad Abdurazakov və iranlı Abbas Cəfəridi. 33 yaşa malik və 193 sm boyu olan Abdurazakov hücumçudu. O, yeni transferlər arasında ən təcrübəlisi olsa da, avrokubokda məhz “Lokomotiv”in heyətində debüt edəcək. Maqomedov da komandamızda hücum xəttində yer alacaq. 21 yaşlı voleybolçu da əsasən şimal qonşularımızda aşağı liqalarda forma geyinib. O, 180 sm boya malikdi. İranlı Cəfəri isə toppaylayıcıdı. 22 yaşlı oyunçu ilk dəfə legioner həyatı yaşayacaq. Onun boyu 191 sm-di.

 

Bütün yeni oyunçularla 1 illik razılıq əldə olunub.

 

Beləliklə, “Lokomotiv” “Çelenc Cup”da Kiprin “Apoel” klubu ilə oyunları üçün aşağıdakı oyunçuları sifariş edib:

 

Toppaylayıcılar: Aleksey Çervyakov, Abbas Cəfəri

Blokçular: Ruslan Əliyev, Dmitri Baranov, İvan Kazaçkov, Dmitri Obodnikov

Hücumçular: Vüqar Bayramov, Murad Abdurazakov, Rəsul İbrahimov, Əli Maqomedov, Pərviz Səmədov, Andrey Vasilenko

Liberolar: Asif Əliyev, Kənan Allahverdiyev, Zeynalabdin Qasımov

 

Qeyd edək ki, Fərid Cəlalovun başçılıq etdiyi məşqçilər korpusunda Sergey Nikulenko ilə yanaşı, Dilqəm Qəhrəmanov da yer alacaq.  

0