[b]İbrahimoviçin hegemonluğuna son qoyuldu[/b]
21.11.2017 - 09:49
[b]İbrahimoviçin hegemonluğuna son qoyuldu[/b]

İsveçdə 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, bu ada Rusiyanın “Krasnodar” komandasının müdafiəçisi Andreas Qranqvist layiq görülüb.

 

Məlumatı İsveç Futbol Assosiasiyası rəsmən açıqlayıb.

 

İsveç yığmasının da formasını geyinən 32 yaşlı Qranqvist karyerasında ilk dəfə ölkəsinin ən yaxşı oyunçusu seçilib. Əvəzində “Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç 2007-ci ildən bəri ilk dəfə bu titula yiyələnməyib. Bu ilin böyük hissəsini zədəli keçirən “İbra” 2007-2016-cı illərdə mükafatı heç kimə verməyib.  

 

Qranqvist mükafatını Stokholmda, "Ericsson Globe" arenasında keçirilən mərasimdə alıb.

 

Qeyd edək ki, Zlatan İbrahimoviçin ötən il yığma karyerasını bitirməsindən sonra millinin kapitanlıq sarğısı məhz Andreas Qranqvistə keçib.

 

 

0