[b]Azərbaycan çempionunun qələbəsində pay sahibi olanlar[/b]
22.11.2017 - 09:11
[b]Azərbaycan çempionunun qələbəsində pay sahibi olanlar[/b]

“Çelenc Cup”ın II təsnifat mərhələsində “Lokomotiv” (Azərbaycan) – “Apoel” (Kipr) oyunun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi görüşün bombardiri qonaqların hücumçusu Aleksandro Rodriques olub.

 

“Apoel”in braziliyalı hücumçusunun 16 zərbəsi dəqiq alınıb. Komanda oyunu nümayiş etdirən “Lokomotiv”in ən yaxşısı isə Pərviz Səmədov olub. Təcrübəli voleybolçumuz Azərbaycan çempionuna 13 xal qazandırıb.

 

Fərid Cəlalovun digər yetirmələrinə gəlincə, Vüqar Bayramov 12, Dmitri Baranov 11, Rəsul İbrahimov 7, Dmitri Obodnikov 6 və Aleksey Çervyakov 3 dəqiq zərbə vurub. 

0