SİZİN REKLAM BURADA

“Real” və Ronaldodan rekordlar

“Real” və futbolçuları Çempionlar Liqasının tarixində bir sıra rekordlara imza atıb. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun səfərdə APOEL-i 6:0 yenməsi madridlilərin rəqib meydanlarındakı 50-ci qələbəsi olub.

 

“Real” Çempionlar Liqasında 50 səfər qələbəsi qazanan ilk klub kimi tarixə düşüb. 49 qələbəsi olan “Barselona”nı arxada qoyan paytaxt klubu rekordun vahid sahibinə çevrilib.

 

Bu qələbədə 2 qolla pay sahibi olan Kriştianu Ronaldo “Real”ın heyətində qitənin ən nüfuzlu klub turnirindəki hesabını 98-ə çatdıdıb. 2009-cu ildən indiki klubunda oynayan portuqaliyalı bir komanda ilə ən çox qol sevinci yaşayan futbolçu ünvanına yiyələnib. O, “Barselona”da 97 dəfə fərqlənən Lionel Messini arxada qoyub.

 

Ronaldo həm də bir təqvim ili ərzində Çempionlar Liqasında ən çox qol vuran oyunçu olub. Hesabını 18 topa çatdıran Kriştianu 2015-ci ildəki rekordunu 2 qol üstələyib.

 

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 16 13 2 1 26-6 41

2.

Qəbələ

16 11 2 3 30-15 35

3.

Zirə 16 9 4 3 25-14 31

4.

Sumqayıt

16 7 3 6 20-18

24

5.

Neftçi

16

6 1 9 18-18 19

6

Səbail 16 4 2 10 10-23 14

7.

Keşlə

16

3 3 10 11-25 12

8.

Kəpəz

16 2 1 13 10-31 7
               

 

Top 10