[b]Suraxanı arzuları[/b]
22.11.2017 - 11:50
[b]Suraxanı arzuları[/b]

Azərbaycanın U-19 Liqasının çempionu “Qarabağ”ın da çıxış etdiyi UEFA Gənclər Liqasının qrup mərhələsində mərhələ adlayan 8 komanda bəllidi. Apasport.az saytının məlumatına görə, bu klublardan ikisi qrup qalibi adını təmin edib.

 

Bu uğuru dünən rəsmiləşdirən “Liverpul” “Mançester Siti”nin ardından 1/8 finala yüksələn 2-ci komanda olub. Hər iki xoşbəxt İngiltərəni təmsil edir.

 

Bu gün “Qarabağ”ın qonağı olacaq “Çelsi” də britaniyalıların uğurunu davam etdirə bilər. Suraxanı qəsəbəsindəki “Azərsun Arena”da qələbə qazanacaq London klubunun 1-ci yeri təmin etməsi üçün “Atletiko” – “Roma” görüşünün heç-heçə bitməsi lazımdı.

 

“Mançester Siti” və “Liverpul” qrup birincisi kimi 1/8 finala yüksəlibsə, “Barselona”, “Tottenhem”, “Bavariya”, “Monako” və “Porto” ilk iki yerdən birini təmin edib. Qarşıdakı matçlar onların 1-ci yerlə 1/8 final, yoxsa 2-ci yerlə pley-offa çıxacağına aydınlıq gətirəcək.

 

Rusiya “Spartak”ı da mərhələ adlayanlar sırasındadı. Lakin Moskva klubu 2-ci yeri rəsmiləşdirib və pley-offda oynayacaq.

 

Yeri gəlmişkən, pley-offa Çempionlar yolu ilə gələn üç komanda da bəllidi. Bunlar “Ayaks”, “Nitra” və “Zalsburq”du.

 

Qeyd edək ki, indiyədək üç komanda – “Barselona” (2013/14), “Çelsi” (2014/15, 2015/16) və “Zalsburq” (2016/17) turnirin qalibi olub.

0