[b]BOS boş olsa...[/b]
22.11.2017 - 12:24
[b]BOS boş olsa...[/b]

Çempionlar Liqasının qrup mərhələsinin V turunun ilk oyun günündə keçirilən qarşılaşmaların tamaşaçı sayı açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş tutan 8 görüşdə ən çox fanat Dortmunddakı görüşə toplaşıb.

 

“Borussiya”nın “Tottenhem”lə ev qarşılaşmasını 65 min 849 nəfər izləyib. Bu, hələlik turun rekordu sayılır. Həmin matçda qonaqlar 2:1 hesablı qələbəyə sevinib.

 

Lakin bu gün keçirilən görüşlərdə turun rekordu yenilənə bilər. Dortmunddakı nəticəni arxada qoymaq imkanına malik oyunlardan biri Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

“Qarabağ” – “Çelsi” qarşılaşmasında anşlaq olsa, turun rekordu müəyyənləşə bilər. 68 min 700 tamaşaçı tutan arena kiçik üstünlüyə malikdi.

 

Təxminən 2851 boş yer qalacağı halda “Borussiya” – “Tottenhem” görüşündəki nəticə təkrarlanacaq. Boş yerlərin daha az qalması isə turun rekordu üçün yetərlidi. Təbii ki, günün digər oyunlarında daha böyük auditoriya qeydə alınmasa.

 

Xatırladaq ki, II turun ən çox izlənilən matçı da çempionumuzun iştirakı ilə keçirilmişdi. Həmin vaxt “Qarabağ” – “Roma” oyununu 67 min 200 nəfər seyr etmişdi.

 

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

21 noyabr

 

E qrupu

“Spartak” (Rusiya) - “Maribor” (Sloveniya) - 1:1

(42920)

“Sevilya” (İspaniya) - “Liverpul” (İngiltərə) - 3:3

(39495)

 

F qrupu

“Mançester Siti” (İngiltərə) - “Feyenoord” (Hollandiya) - 1:0

(43548)

“Napoli” (İtaliya) - “Şaxtyor” (Ukrayna) - 3:0

(10573)

 

G qrupu

“Beşiktaş” (Türkiyə) - “Porto” (Portuqaliya) - 1:1

(36919)

 “Monako” (Fransa) - “Leypsiq” (Almaniya) - 1:4

(9029)

 

H qrupu

“Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə) - 1:2

(65849)

APOEL (Kipr) - “Real” (İspaniya) - 0:6

(19705)

 

0